"Liverpul": 11 qolla 1/4 finalda - VİDEO

Xəbərlər
15 Mart 2024 02:06
946
"Liverpul": 11 qolla 1/4 finalda - VİDEO

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

İdman.biz xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində 8 matç baş tutub.

Bu görüşlərdən sonra 1/4 finalın iştirakçıları müəyyənləşib. Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Bayer”in qonağı olub və 2:3 hesabı ilə uduzub. Turnirin favoritləri sırasında olan “Liverpul” ev, “Milan” isə səfər matçına qələbə qazanıb. "Liverpul" 2 oyunda "Sparta"nın qapısından 11 top keçirib.

Qeyd edək ki, turnirin 1/4 final mərhələsinin püşkü martın 15-də atılacaq.

Avropa Liqası
1/8 final, cavab oyunları
14 mart

21:45. “Vilyarreal” - “Marsel” - 3:1
İlk oyun - 0:4
21:45. “Reyncers” - “Benfika” - 0:1
İlk oyun - 2:2
21:45. “Vest Hem” - “Frayburq” - 5:0
İlk oyun - 0:1
21:45. “Slaviya” - “Milan” - 1:3
İlk oyun - 2:4
00:00. “Liverpul” - “Sparta” - 6:1

İlk oyun - 5:1
00:00. “Brayton” - “Roma” - 1:0

İlk oyun - 0:4
00:00. “Bayer” - “Qarabağ” - 3:2
İlk oyun - 2:2
00:00. “Atalanta” – “Sportinq” - 2:1
İlk oyun – 1:1

İdman.biz