Qranit Caka: “Qarabağ”la matçda nə etməli olduğumuzu bilirik”

Xəbərlər
13 Mart 2024 10:40
235
Qranit Caka: “Qarabağ”la matçda nə etməli olduğumuzu bilirik”

“Qarabağ”a qarşı necə oynamalı olduğumuzu yaxşı bilirik”.

İdman.biz xəbər verir ki, bunu “Bayer”in futbolçusu Qranit Caka deyib.

32 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la sabah keçiriləcək oyunu barədə fikirlərini açıqlayıb. İsveçrəli futbolçu Almaniya klubuna qələbə üçün nəyin lazım olduğunu açıqlayıb: “Bundesliqada necə oynadığımızı, amma avrokubokların tam fərqli olduğunu başa düşürük. Pley-off sistemli oyunlar başqadır. Lakin nə etməli olduğumuzu da bilirik. Soyuqqanlılığı və konsentrasiyanı qorumalıyıq. Ümid edirəm ki, növbəti mərhələyə biz keçəcəyik”.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” görüşü sabah Leverkuzendəki “BayArena”da baş tutacaq.

İdman.biz