Bolqarıstan millisi Bakıya 26 futbolçu gətirir - HEYƏT

Xəbərlər
11 Mart 2024 14:38
214
Bolqarıstan millisi Bakıya 26 futbolçu gətirir - HEYƏT

Bolqarıstan millisinin Bakıya gələcək heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Bolqarıstan Futbol İttifaqının mətbuat xidməti açıqlayıb.

Baş məşqçi İlian İliyev Bakıda keçiriləcək “FİFA Series”in Tanzaniya və Azərbaycanla matçlarına 26 futbolçu dəvət edib. Bolqarıstanlılar martın 22-də Afrika təmsilçisi, üç gün sonra millimizlə üz-üzə gələcək.

Qapıçılar: İvan Dulgerov (“Çerno More”), Svetoslav Vutsov (“Slaviya”), Dimitar Mitov (“Sent Conston”);

Müdafiəçilər: Viktor Popov, Jivko Atanasov (hər ikisi “Çerno More”), İvan Turitsov (MOİK Sofiya), Patrik-Qabriel Qalçev (“Levski”), Aleks Petkov (“Şlyonsk”), Petko Hristov (“Spetsiya”), Valentin Antov (“Kremoneze”), İvan Stoyanov (“Hapoel” Beyer-Şeva);

Yarımmüdafiəçiıər: İvaylo Çoçev, Todor Nedelev (hər ikisi “Lüdoqorets”), İlian İliyev (“Çerno More”), Stanislav İvanov (“Arda”), Dimitar Tonev (“Krumovqrad”), İliya Qruyev (“Lids”), Filip Krastev (“Zvolle”), Georgi Kostadinov (APOEL), Svetoslav Kovaçev (“Axmat”);

Hücumçular: Aleksandr Kolev (“Krumovqrad”), Lukas Petkov (“Qroyter Furt”), Georgi Rusev (“Syon”), Kiril Despodov (PAOK), Martin Minçev (“Rizespor”), Georgi Minçev (AEL).

İdman.biz

Məqalədə: