Polşalı mütəxəssis: "Rahil Məmmədovun transferi LKS-ni gücləndirib"

Xəbərlər
11 Mart 2024 12:47
430
Polşalı mütəxəssis: "Rahil Məmmədovun transferi LKS-ni gücləndirib"

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun transferi Polşanın LKS klubunu gücləndirib.

İdman.biz xəbər verir ki, Lodz klubunun bugünkü rəqibi “Varta”nın baş məşqçisi David Şulçek belə qənaətə gəlib.

34 yaşlı mütəxəssis çempionatın autsayderi ilə görüşdən əvvəl fikirlərini açıqlayıb: “Autsayderlə görüşməyimiz oyuna yanaşmamızı dəyişmir. LKS qış fasiləsindən sonra daha yaxşı oynayır. Şübhəsiz ki, buna qış transferləri təsir edib. Hüseyn Baliç, Rahil Məmmədov və Riza Durmisi komandanın gücünə güc qatıb. Düşünürəm ki, əgər bu oyunçular mövsümün əvvəlindən LKS-də olsaydı, komanda daha çox xal toplayardı”.

Qeyd edək ki, bu gün keçiriləcək “Varta” – LKS oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İdman.biz

Məqalədə: