Azərbaycan çempionatlarında 100-ə çatan ilk yunan

Xəbərlər
4 Mart 2024 11:14
220
Azərbaycan çempionatlarında 100-ə çatan ilk yunan

“Zirə”nin futbolçusu Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

İdman.biz xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib.

Yunanıstanlı futbolçu “Turan Tovuz”la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub. O, “Zirə”nin heyətində çıxdığı 100 Premyer Liqa qarşılaşmasında 6 qol vurub.

Dmitrios 2020/21 mövsümündən qəsəbə klubunda çıxış edir. O, Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.

İdman.biz

Məqalədə: