Ramin Musayev millinin baş məşqçisi postuna namizədləri açıqlayıb - VİDEO

Müsahibə
2 Mart 2024 09:55
Ramin Musayev millinin baş məşqçisi postuna namizədləri açıqlayıb - VİDEO

"Mən milliyə yerli məşqçi götürərdim. Qurban Qurbanov gəlməz, mən də olsam gəlmərəm".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan PFL-in sabiq prezidenti Ramin Musayev deyib.

O, baş məşqçisiz qalan Azərbaycan milli komandasının "sükanı arxası"nda görmək istədiyi mütəxəssislərin adlarını açıqlayıb: "Amma boşda olan məşqçilərimiz, cavab kadrlarımız var. Rəşadımız, Ayxanımız, Samirimiz, Tərlanımız var. Xarici vətəndaşlardan nəzərə alsaq, mən Kaxaber Tsxadadzeni deyərəm. Çünki bizim çempionatı, futbolçuları tanıyan adam olmalıdır ki, kimi çağıracağını bilsin. Yoxsa köməkçiyə həvalə eləsin getsin. Elə köməkçini baş məşqçi qoyaram da. Yalandan o qədər pulları niyə ona verirəm".

Musayev bildirib ki, hazırda yığmaya namizəd futbolçuların sayı da artıb: "Amma bu gün üçün baş məşqçi işi əvvəlki 5 ildən yaxşıdır. Qurbanovun vaxtında elə də futbolçular yox idi. Amma bu gün baxırsan "Neftç"nin azərbaycanlı qapıçısı bilmirəm kimdir, sevdim o uşağı. Tərbiyəli də uşaqdır, sevindim. Bu dəqiqə futbolçularımız var. Yaxşı məşqçi, yaxşı psixoloq lazımdır. Vətənpərvər əhval-ruhiyyəni qaldırmaq və futbolsevərləri sevindirmək lazımdır".

İdman.biz