“ Həmişə oynadığımız kimi oynayırıq”.
Bunu “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov Azərbaycan Premyer Liqasının beşinci turunda “Şəfa”a qarşı keçirilən oyundan (3:0) sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Matçla bağlı fikirləriniz necədir?
– Yaxşı oynadıq. Rəqib də bizə qarşı yaxşı hazırlaşmışdı. Şanslardan, fürsətlərdən istifadə etdik və qələbə qazandıq. Komanda yoldaşlarımı və azarkeşləri təbrik edirəm.
– Çempionlar Liqasının oyunundan sonra yenidən Premyer Liqaya motivasiya tapmaq üçün nə edirsiniz?
– Həmişə oynadığımız kimi oynayırıq. Fərqli bir şey yoxdur. Hər rəqibə qarşı ciddi hazırlaşırıq. Fərqi yoxdur, “Mançester Yunayted”dir, “Şəfa”dır, ya da başqa komandadır. Hər komandaya qarşı eyni ciddiyyətlə hazırlaşırıq.
– “Mançester Yunayted”lə oyundan sonra sizə qarşı çoxlu tənqidlər oldu. Tənqidlərə münasibətiniz necədir?
– Düzü, çoxunu görmədim. Amma əgər varsa, bu normaldır. Səhvlərdən qaçmağa çalışıram, səhvlərimin üzərində işləyirəm. Gələcək oyunlarda səhv etməməyə çalışacağam.
