Ülvi İsgəndərov: “Sxadadze ilə bu durumdan çıxacağıq”

Xəbərlər
26 Fevral 2024 17:31
361
Ülvi İsgəndərov: “Sxadadze ilə bu durumdan çıxacağıq”

“Elmar Baxşıyevin gedişi üzücü bir ayrılıq oldu”.

Bunu İdman.bizə “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov deyib.

27 yaşlı hücumçu komandasında baş məşqçi dəyişikliyinə münasibət bildirib. Onun sözlərinə görə, uzun illərdir birgə çalışdığı baş məşqçi Elmar Baxşıyevin istefasına üzülüb.

O, azərbaycanlı mütəxəssisi əvəzləyən gürcüstanlı Kaxaber Sxadadzeni isə təcrübəli adlandırıb: “Bizim çempionatı da yaxşı bilir. İnanıram ki, onunla bu durumdan çıxacağıq”.

İsgəndərov bildirib ki, turnir cədvəlində son pillədə qərarlaşmaları ürəkaçan deyil və vəziyyəti bacardıqları qədər yaxşıya dəyişməyə çalışacaqlar: “Qarşıda 13 oyunumuz var. İnanıram ki, bu durumdan çıxa biləcəyik. Bunun üçün də əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, son pillədə qərarlaşan və aktivində 15 xalı olan “Qəbələ” Sxadadze ilə 1,5 illik müqavilə imzalayıb.

Banuçiçək Hüseynli
İdman.biz