Lodz əfsanəsi: “Rahil Məmmədov böyük tapıntıdır”

Xəbərlər
15 Fevral 2024 12:30
666
Lodz əfsanəsi: “Rahil Məmmədov böyük tapıntıdır”

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubu üçün uğurlu transfer sayılır.

İdman.biz xəbər verir ki, Lodz futbolunun əfsanəsi Marek Dzyuba belə qənaətə gəlib.

Həm LKS, həm “Vidzev”də futbolçu və baş məşqçi olmuş veteran Polşa çempionatı çərçivəsində baş tutacaq Lodz derbisi öncəsi müsahibə verib. O, LKS-in yeni transferlərini də dəyərləndirib.

Mütəxəssis ötən ay “Qarabağ”dan Lodz klubuna keçən mərkəz müdafiəçisinin debütündən məmnun qalıb: “Rahil Məmmədov böyük tapıntıdır. O, bunu “Korona” ilə matçda da göstərdi. Baxmayaraq ki, 2-3 epizodda inamsız təsir bağışladı. Amma ümumilikdə müsbət qarşılanmalı transferdir”.

Qeyd edək ki, LKS – “Vidzev” oyunu fevralın 18-də keçiriləcək.

İdman.biz

Məqalədə: