Julio Romao: “Təəccübləndirmək üçün əla şansımız var”

Xəbərlər
14 Fevral 2024 14:26
837
Julio Romao: “Təəccübləndirmək üçün əla şansımız var”

“Nəhənglərin arasında olmağımız göstərir ki, bizim işimiz yaxşı yerinə yetirilir”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Julio Romao deyib.

Braziliyalı yarımmüdafiəçi Avropa Liqasının “Braqa” ilə pley-off matçı ərəfəsində Portuqaliya mətbuatına açıqlamasında iddialı olduqlarını gizlətməyib: “Tanınmış komandaların olmasına baxmayaraq, “Qarabağ” artıq neçə illərdir Azərbaycanda əla çıxış edir. Bu, imkan verir ki, daha böyük uğurlarla bağlı xəyal quraq. Təəccübləndirmək üçün əla şansımız var. Amma biz ciddi olmalıyıq. “Braqa” ilə matça tam gücümüzlə çıxmalıyıq”.

Qeyd edək ki, “Braqa” – “Qarabağ” görüşü sabah keçiriləcək.

İdman.biz

Məqalədə: