UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Sabah”la qarşılaşacaq “Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub.
Bakı klubundan AZƏRTAC-a bildirilib ki, Almaniya təmsilçisi oktyabrın 18-i axşam saatlarında Azərbaycanda olacaq.
Komanda “Absheron Marriott” hotelində məskunlaşacaq.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
