Türkiyəli futbolçu Arda Gülər “Real Madrid”lə yeni müqavilə imzalamağa razılıq verib. Madrid təmsilçisi ilə 20 yaşlı yarımmüdafiəçi arasında anlaşmanın 2031-ci ilə qədər uzadılması barədə razılıq əldə olunub.
İdman.Biz bu barədə “TEAMtalk”a istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, bir neçə ay əvvəl futbolçunun nümayəndələri “Arsenal” və “Mançester Siti” klubları ilə danışıqlar aparıblar. Lakin “Real” rəhbərliyi Gülərə uzunmüddətli planlarında onun da yer aldığını bildirib. Yarımmüdafiəçi baş məşqçi Joze Mourinyonun da dəstəyini alıb.
Arda Gülər cari mövsümdə İspaniya çempionatı və UEFA Çempionlar Liqasında ümumilikdə doqquz oyunda iştirak edib. O, bu matçlarda bir qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı Türkiyə millisinin üzvünün bazar dəyərini 100 milyon avro qiymətləndirir.
