Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

14 Oktyabr 2026 13:59
97
Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

“Sabah” - “Slaviya” oyunundan (2:0) əvvəl də komandalar stadionda məşq etmişdilər və meydanla bağlı hər hansı narazılıq ifadə olunmamışdı. Hətta ot örtüyünün yaxşı vəziyyətdə olduğu bildirilmişdi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Olimpiya Stadionunun İctimaiyyətlə Əlaqələr və tədbirlərin təşkili şöbəsinin rəhbəri Firuz Abdulla deyib.

O bildirib ki, Çempionlar Liqasının əsas mərhələsinin ikinci tur matçından sonra da ot örtüyü ilə bağlı hər hansı irad səsləndirilməyib.

Firuz Abdullanın sözlərinə görə, təbii ot örtüyü mütəmadi qulluq tələb etdiyi üçün onun yaxşı vəziyyətdə saxlanılması məqsədilə bundan sonra da lazımi işlər görüləcək.

Qeyd edək ki, “Sabah” növbəti turda Bakı Olimpiya Stadionunda Almaniya təmsilçisi “Borussiya Dortmund”la qarşılaşacaq. Görüş oktyabrın 20-də baş tutacaq.

İdman.Biz
Məqalədə: