“Vilyarreal”ın qapıçısı silahlı basqına görə ÇL oyununu buraxıb

14 Oktyabr 2026 14:13
115
“Vilyarreal”ın qapıçısı silahlı basqına görə ÇL oyununu buraxıb

İspaniyanın “Vilyarreal” klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyi üçün “Napoli” ilə Çempionlar Liqası matçında (1:3) iştirak etməyib.

İdman.Biz xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbə iddia edir ki, cinayətkarlar oktyabrın 12-dən 13-nə keçən gecə 36 yaşlı macar qapıçının evinə daxil olublar. Hücum zamanı futbolçu ailəsi ilə birlikdə evdə olub.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

“Napoli” ilə oyunda macarıstanlı qapıçının əvəzinə İspaniya klubunun qapısını braziliyalı Luis Junior qoruyub.

İdman.Biz