Azərbaycan Premyer Liqası: “Neftçi” “Sabah”a qarşı

9 Oktyabr 2026 09:56
73
Azərbaycan Premyer Liqası: “Neftçi” “Sabah”a qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının yeddinci turu çərçivəsində ikinci qarşılaşma “Palms Sports Arena”da keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Neftçi” “Sabah”ı qəbul edəcək.

Oyun saat 19:30-da başlayacaq. “Neftçi” 15 xalla turnir cədvəlinin lideridir. 15 xala malik “Sabah” isə ikincidir.

Misli Premyer Liqası
Birinci dövrə, Yeddinci tur
9 oktyabr

19:30. “Neftçi” - “Sabah”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”

Qeyd edək ki, tura sentyabrın 11-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: