UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Sabah”la qarşılaşacaq Çexiyanın “Slaviya” futbol klubu oktyabrın 11-də Bakıya gələcək.
İdman.Biz xəbər verir ki, Praqa təmsilçisi oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçda “Sabah”ın qonağı olacaq. Qarşılaşma saat 20:45-də başlayacaq.
Görüşdən əvvəl komandaların mətbuat konfransları və oyunöncəsi məşqləri keçiriləcək.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.
