Futbol üzrə U-20 millimizin iki oyunu canlı yayımlanacaq

30 Sentyabr 2026 17:05
74
Futbol üzrə U-20 millimizin iki oyunu canlı yayımlanacaq

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-20 futbol milli komandasının yoldaşlıq oyunları canlı yayımlanacaq.

İdman.Biz xəbər verir ki, U-20 millimiz oktyabrın 3-də saat 18:00-da Moldova, oktyabrın 6-da isə saat 16:00-da Yaponiya ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək hər iki görüşü “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı izləmək mümkün olacaq.

İdman.Biz