“Sabah” Çempionlar Liqası matçı üçün İngiltərəyə yola düşüb - VİDEO

8 Sentyabr 2026 15:28
80
“Sabah” Çempionlar Liqası matçı üçün İngiltərəyə yola düşüb - VİDEO

“Sabah” futbol komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərənin “Mançester Yunayted” komandası ilə səfər oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu bu gün İngiltərəyə yola düşüb.

“Mançester Yunayted” - “Sabah” matçı sentyabrın 10-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da “Old Trafford” stadionunda başlayacaq.

İdman.Biz