“France Football” 2026-cı il üzrə ilin ən yaxşı kişi futbol klubu adına namizədləri açıqlayıb.
İdman.Biz xəbər verir ki, siyahıda İngiltərənin “Arsenal”, Almaniyanın “Bavariya”, Norveçin “Budo-Qlimt”, Braziliyanın “Flamenqo” klubları və Fransanın PSJ komandası yer alıb.
PSJ ötən mövsüm UEFA Çempionlar Liqasında titulunu qoruyub. Paris təmsilçisi finalda “Arsenal”ı penaltilər seriyasında məğlub edib.
“Budo-Qlimt” isə 2025/26 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində “İnter”i keçərək bu turnirdə pley-off qarşılaşması qazanan ilk Norveç klubu olub.
“Flamenqo” 2026-cı ildə Libertadores Kubokunda uğurlu çıxışı ilə diqqət çəkib. “Arsenal” və “Bavariya” da mövsüm ərzində Avropada yüksək nəticələr göstəriblər.
Qeyd edək ki, PSJ 2025-ci ildə də “France Football” tərəfindən ilin ən yaxşı kişi klubu seçilmişdi.
