AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov futbol üzrə Misli Premyer Liqasının dördüncü turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, ümumilikdə dörd oyundakı mübahisəli epizodları dəyərləndirib.
R.Həsənov hakimlərin bütün hallarda doğru qərar qəbul etdiyini söyləyib.
