Türkiyə Superliqasının dördüncü turunda, İstanbul derbisində “Beşiktaş”a məğlub olan “Fənərbağça” klubunun rəhbərliyi sərt tənqidlərə məruz qalıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra Türkiyənin tanınmış futbol mütəxəssisi Sergen Yalçın derbini və klubların çempionluq mübarizəsini dəyərləndirib.
“Fənərbağça”ya bir məsləhət verim. Siz Gundouzi və Kantenin üzərində oyun qura bilməzsiniz. “Fənərbağça” iki sabit dayaq yarımmüdafiəçisi ilə oynaya bilməz. Məgər “Fənərbağça”nın başqa futbolçusu yoxdur? O zaman Taliskanı niyə satdınız? “Fənərbağça” hələ komanda ola bilməyib” – deyə S.Yalçın qeyd edib.
Türkiyəli mütəxəssis daha sonra “Fənərbağça”nın futbolçularının meydandakı mövqelərinə də toxunub:
“Fənərbağça”nın ən yaxşı futbolçusu Kantedir. “Fənərbağça” elə anlaşılmaz bir komandadır ki, iki dayaq yarımmüdafiəçisi ilə oynayır, Qrinvudun hansı mövqedə oynadığını heç kim bilmir. Fiziki cəhətdən inanılmaz dərəcədə zəif vəziyyətdədir.
Ən böyük problem “Fənərbağça”da əlaqələndirici futbolçunun olmamasıdır. Kante topu irəli daşıyır, müdafiə edir, rəqibdən keçir, driblinq edir amma ardı gəlmir”
Qeyd edək ki, Türkiyə Super Liqasının dördüncü turunda İstanbul derbisi “Fənərbağça” “Başiktaş”a 1:2 hesabı ilə məğlub olub. Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Beşiktaş" ikinci pillədə qərarlaşıb. "Fənərbağça" 6 xalla dördüncü yerdədir.
