Argentinalı məşqçi Marselo Qalyardo Ekvador millisinin yeni baş məşqçisi təyin olunacaq.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Jurnalistin məlumatına görə, mütəxəssis Ekvador Futbol Federasiyası ilə 2030-cu il dünya çempionatına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb. Qarşısına milli komandanı növbəti böyük turnirlərə çıxarmaq vəzifəsi qoyulub.
Qalyardo Ekvador millisində 2024-cü ildən çalışan Sebastyan Bekkasese ilə əvəzlənəcək.
Ekvador 2026-cı il dünya çempionatında 1/16 finala qədər irəliləyib. Komanda bu mərhələdə Meksikaya 0:2 hesabı ilə məğlub olub.
