Fabreqas A Seriyasının 2025/26 mövsümünün ən yaxşı məşqçisi seçildi

3 Sentyabr 2026 11:20
96
Fabreqas A Seriyasının 2025/26 mövsümünün ən yaxşı məşqçisi seçildi

İtaliyanın “Komo” futbol klubunun baş məşqçisi Sesk Fabreqas A Seriyasının 2025/26 mövsümünün ən yaxşı məşqçisi seçilib.

İspaniyalı mütəxəssis bu mükafata İtaliya Futbolçular Assosiasiyasının (AIC) versiyasına əsasən layiq görülüb.

Laureatlar futbolçular arasında keçirilən səsvermə nəticəsində müəyyənləşdirilib. Mükafatlandırma mərasimi çərşənbə günü axşam Milandakı “La Skala” teatrında baş tutub.

39 yaşlı Fabreqas 2024-cü ildən “Komo”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ötən mövsüm A Seriyasında 71 xal toplayaraq turnir cədvəlində dördüncü yeri tutub.

Bu nəticə sayəsində “Komo” klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

İdman.Biz