Van Deyklə Xavi arasında təkbətək söhbət olacaq

3 Sentyabr 2026 09:24
128
Van Deyklə Xavi arasında təkbətək söhbət olacaq

“Liverpul”un təcrübəli müdafiəçisi Vircil van Deyk Niderland millisindəki gələcəyi ilə bağlı hələ yekun qərar qəbul etməyib.

İdman.Biz “The Athletic” nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Niderland millisinin yeni baş məşqçisi Xavi Ernandeslə görüş keçirəcək.

Van Deyk ispan mütəxəssislə söhbətdən sonra “narıncılar”dakı gələcəyi ilə bağlı son qərarını verəcək.

Vircil van Deyk indiyədək Niderland millisinin formasını 96 dəfə geyinib.

Niderland yığması 2026-cı il dünya çempionatında uğursuz çıxış edib. Ronald Kumanın rəhbərlik etdiyi komanda turnirin 1/16 final mərhələsində mübarizəni dayandırıb. Niderland seçməsi Mərakeşə qarşı keçirilən oyunda əsas və əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac yaranıb. “Narıncılar” 11 metrlik zərbələrdə rəqibinə məğlub olaraq mundialı erkən tərk edib.

İdman.Biz