Ançelotti və Tuhel “Stemford Bric”də bir araya gəldilər

30 Avqust 2026 22:18
91
Ançelotti və Tuhel “Stemford Bric”də bir araya gəldilər

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti və İngiltərə yığmasının çalışdırıcısı Tomas Tuhel İngiltərə Premyer Liqasının ikinci turunun oyununda diqqət mərkəzinə düşüblər.

İdman.Biz xəbər verir ki, mütəxəssislər Londonda keçirilən “Çelsi” - “Brayton” qarşılaşmasını “Stemford Bric” stadionunda yan-yana izləyiblər.

Həm Ançelotti, həm də Tuhel karyeralarının müxtəlif dövrlərində “Çelsi”nin baş məşqçisi olublar.

Ançelotti London klubuna 2009-2011-ci illərdə rəhbərlik edib. Tuhel isə 2021-2022-ci illərdə “Çelsi”ni çalışdırıb.

Qeyd edək ki, “Çelsi” - “Brayton” görüşü meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz