“Tvente”nin sabiq kapitanı “Qarabağ”dan ehtiyyatla danışıdı

27 Avqust 2026 13:01
80
“Tvente”nin sabiq kapitanı “Qarabağ”dan ehtiyyatla danışıdı

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə cavab oyunu ərəfəsində Niderland klubunun sabiq kapitanı olmuş Bram van Polen Ağdam klubunun gücünü dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Bram van Polenin fikirlərini ESPN agentliyi dərc edib.

Bram van Polen “Qarabağ”ın təcrübəli və oturuşmuş komanda olduğunu bildirib:

“Qarabağ” “Tvente”dən daha oturuşmuş komandadır. “Tvente” hazırda Avropa standartlarından geri qalır. Hazırda “Tvente”də vəziyyət çox qarışıqdır. “Qarabağ” həqiqətən də oynamaq üçün çox çətin komandadır. Belə rəqibə qarşı 1:0 hesablı məğlubiyyətdən sonra səfərə getmək heç də yaxşı deyil”.

Sabiq futbolçu “Tvente”nin ötən mövsüm daha baxımlı futbol oynadığını da qeyd edib:

“Ötən il “Tvente” həqiqətən də izləmək üçün yaxşı komanda idi. Müəyyən oturuşmuş oyun prinsipləri var idi. İndi isə bundan çox az şey qalıb”.

Qeyd edək ki, “Qarabağ” – “Tvente” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk oyunda Ağdam təmsilçisi Niderland klubuna 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz