39 yaşlı Suares yenidən Uruqvay millisində

22 Avqust 2026 13:55
62
39 yaşlı Suares yenidən Uruqvay millisində

Əfsanəvi Uruqvay hücumçusu Luis Suares beynəlxalq karyerasını başa vurduğunu elan etdikdən iki il sonra milli komandaya qayıdır.

İdman.Biz xəbər verir ki, bu barədə ESPN agentliyi Uruqvay Futbol Assosiasiyasındakı(UFA) mənbələrə istinadən məlumat yayıb.

“İnter Mayami”nin 39 yaşlı hücumçusu komandanın yeni baş məşqçisi Dieqo Forlanla vacib görüşdən sonra millidə çıxışını bərpa etməyə razılaşıb.

Məlumata görə, vaxtilə hücum xəttində komanda yoldaşı olmuş Suares və Forlan hazırda da dostluq münasibətlərini qoruyurlar. Bu amilin Suaresin milli komandaya qayıtmaqla bağlı tarixi qərarında əsas rol oynadığı bildirilir.

İdman.Biz
Məqalədə: