Futbol üzrə Malayziya çempionatının mütləq hakimi olan “Johor” futbol klubu daxili birincilikdə üst-üstə 109 matçlıq məğlubiyyətsizlik seriyası yaxalayaraq dunya rekorduna imza atıb.
İdman.Biz xəbər verir ki, komanda sonuncu dəfə beş ildən əvvəl, 2021-ci ilin aprelində uduzmuşdu.
İndiyədək daxili çempionatda ən uzun məğlubiyyətsizlik seriyası 1989-1994-cü illər arasında 108 matçlıq göstərici ilə Kot-d'İvuarın “Mimoza” klubuna məxsus idi.
Ardıcıl 12-ci çempionluğunu qazanan “Johor” son mövsümdə keçirdiyi 24 matçın 23-də qələbə qazanıb və rəqib qapılarına 117 gol vurub. Bu da hər oyunda orta hesabla təxminən 5 qol deməkdir.
Əlavə edək ki, komandanın ölkə daxilindəki bu böyük hegemonluğunun əsas səbəbi isə kral ailəsi tərəfindən kluba yatırılan nəhəng maliyyə investisiyalarıdır.
