Xabi Alonso: “Sözümə yox, komandanın meydandakı oyununa baxın”

21 Avqust 2026 09:59
69
Xabi Alonso: “Sözümə yox, komandanın meydandakı oyununa baxın”

“Çelsi”nin baş məşqçisi Xabi Alonso azarkeşlərə onun çıxışlarına qulaq asmaq əvəzinə komandanın meydandakı oyununa baxmağı tövsiyə edib.

İdman.Biz xəbər verir ki, o bu barədə “Men in Blazers”ə açıqlamasında deyib.

“Azarkeşlərə nələri gözləməli olduqlarını danışmaq istəmirəm. Bunu meydanda göstərmək və nəticə vermək lazımdır.

Sözlərin heç bir dəyəri yoxdur. Mən deyə bilərəm ki, “100 qol gözləyin”, amma əsas məsələ hər şeyi öz oyununla təsdiqləməkdir”, - deyə Alonso bildirib.

Alonso iyulun 1-də rəsmi olaraq “Çelsi”nin baş məşqçisi təyin olunub və 2026-cı ildə London klubunun üçüncü baş məşqçisi olub. 2025/2026 mövsümünün ilk yarısında komandaya rəhbərlik edən italiyalı Enzo Mareskanın gedişindən sonra bu vəzifəni Liam Rosenior və Kalum Makfarleyn tutublar.

Xabi Alonso ötən mövsümə Madrid “Real”ının baş məşqçisi kimi başlayıb. Alonso 2026-cı ilin yanvarında İspaniya klubunu tərk edib.

İdman.Biz
Məqalədə: