ABŞ-nin Cənubi Dakota ştatında məktəb komandaları arasında keçirilən futbol matçında oyunçulardan biri rəqibinin fiziki hücumuna məruz qalıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma zamanı futbolçu rəqibini yerə yıxdıqdan sonra ona ayaq zərbələri endirib.
Hadisədən sonra zərərçəkən oyunçunun valideynləri və ictimaiyyət hücum edən futbolçunun idmandan ömürlük uzaqlaşdırılması, həmçinin cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə çıxış edib.
İnsident yerli hüquq-mühafizə orqanlarının da diqqətini çəkib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
