Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Çelsi”nin cinah hücumçusu Pedro Netu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
İdman.Biz xəbər verir ki, jurnalist Saşa Tavolyerinin məlumatına görə, London təmsilçisi 26 yaşlı futbolçunu 60 milyon avroya satmağa hazırdır. Tərəflər arasında danışıqlar müsbət yekunlaşmaq üzrədir.
Mənbənin bildirdiyinə görə, “Əl-Hilal” “Çelsi” ilə razılığa gələcəyinə əmindir.
Pedro Netu 2024-cü ilin yayından “Çelsi”nin formasını geyinir. Portuqaliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 52 oyuna çıxıb, 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Netunun London klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir.
