İspaniyanın “Atletiko” futbol komandasının hücumçusu Xulian Alvares Fransanın “Marsel” klubuna qarşı keçiriləcək yoxlama oyununun iştirak ərizəsinə daxil edilməyib.
İdman.Biz “Diario AS”a istinadənxəbər verir ki, 26 yaşlı futbolçunun heyətdən kənarda qalması transfer məsələsi ilə deyil, fiziki hazırlıq planı ilə əlaqədardır. Dünya çempionatından sonra komandaya gec qoşulan Alvares hazırda fərdi proqram üzrə formasını bərpa edir. Eyni səbəbdən Markos Lyorente və Aleks Baena da Marselə aparılmayıb.
Alvares son məşqlərdə komanda ilə çalışsa da, əlavə fiziki hazırlıq proqramı keçib. Məşqçilər korpusu onun qarşıdakı rəsmi oyunlara optimal vəziyyətdə çatmasını istəyir.
Argentinalının adı son həftələrdə “Barselona” ilə də sıx hallanır. Bununla belə, İspaniya mətbuatının son məlumatına görə, Alvares komanda yoldaşlarına “Atletiko”ya sadiqliyinin davam etdiyini bildirib və yaxın gələcəkdə Madrid klubunda qalacağını qəbul etməyə başlayıb.
“Atletiko” - “Marsel” yoxlama oyunu 14 avqust 2026-cı ildə “Velodrom” stadionunda keçiriləcək.
