“Fənərbağça” braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırdı

14 Avqust 2026 16:55
123
“Fənərbağça” braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırdı

“Fənərbağça”nın braziliyalı yarımmüdafiəçisi Fredlə yolları ayrılıb.

İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı futbolçunun transferi ilə bağlı Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.

Fred karyerasını ölkəsində “Atletiko Mineyro”da davam etdirəcək.

Braziliyalı yarımmüdafiəçi yeni klubu ilə 4,5 illik müqavilə imzalayıb. Sözləşmədə daha bir il uzadılma opsiyasının da olduğu bildirilir.

Fred 2023-cü ildə “Mançester Yunayted”dən 9,74 milyon avro qarşılığında “Fənərbağça”ya keçmişdi. O, İstanbul klubunun heyətində 129 matça çıxıb, 12 qol vurub və 21 məhsuldar ötürmə edib.

Braziliyalı futbolçu “Fənərbağça” ilə Türkiyə Super Kubokunu qazanıb. Lakin komandanın heyətində Super Liqa çempionluğu yaşaya bilməyib.

İdman.Biz