“Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək

13 Avqust 2026 11:59
161
“Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək

Bu gün “Qarabağ”ın UEFA Konfrans Liqası üçüncü təsnifat mərhələsinin cavab görüşündə Kiyev “Dinamo”suna qarşı keçiriləcək oyunu ilə əlaqədar Bakı metrosunda iş rejimi dəyişdiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacağı da açıqlanıb.

Həmçinin növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Məlumat üçün əlavə edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində bu gün növbəti oyununu keçirəcək. Ağdam təmsilçisi cavab qarşılaşmasında Ukraynanın “Dinamo” (Kiyev) klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.

İdman.Biz