“Barselona” Lautaro Martineslə bağlı xəbərləri təkzib etdi

11 Avqust 2026 18:53
126
“Barselona” Lautaro Martineslə bağlı xəbərləri təkzib etdi

İspaniyanın “Barselona” futbol komandası Lautaro Martinesin mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İdman.Biz xəbər verir ki, “Diario Sport”un məlumatına görə, Kataloniya təmsilçisi hazırda “İnter”in argentinalı hücumçusunu Xulian Alvaresə alternativ kimi nəzərdən keçirmir.

Mənbənin məlumatına əsasən, klubun idman direktoru Deko “Atletiko”nun hücumçusunun transferi baş tutmayacağı halda başqa variantlar üzərində işləyir. Lautaro Martinesin nümayəndələri ilə isə heç bir əlaqə saxlanılmayıb.

İdman.Biz