Qolovin üçün üç İngiltərə klubu mübarizə aparır

10 Avqust 2026 10:40
168
Qolovin üçün üç İngiltərə klubu mübarizə aparır

Fransanın “Monako” futbol klubunun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdman.Biz xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə İngiltərənin üç təmsilçisi maraqlanır. Onların arasında Frank Lempardın çalışdırdığı və elitaya yüksələn “Koventri” də var.

Qeyd edək ki, bir neçə il əvvəl “Nyukasl” da Qolovini heyətinə qatmağa çalışıb. Lakin rusiyalı futbolçu həmin vaxt bu keçiddən imtina edib.

Məlumat üçün əlavə edək ki, “Monako” avqustun 9-da keçirilən yoxlama oyununda “Liverpul”u 3:2 hesabı ilə məğlub edib. Monakoluların qollarından birinə Qolovin imza atıb. Avqustun əvvəlində isə Qolovinin agenti futbolçunun yeni çağırışlara açıq olduğunu və bir neçə klubla danışıqlar apardığını açıqlayıb.

İdman.Biz