Toral Bayramov Türkiyə birinci liqasında debüt etdi - VİDEO

10 Avqust 2026 09:40
150
Toral Bayramov Türkiyə birinci liqasında debüt etdi - VİDEO

Futbol üzrə Türkiyə birinci Liqasında mübarizəyə start verilib.

İdman.Biz xəbər verir ki, Azərbaycan yığmasının üzvü Toral Bayramovun da çıxış etdiyi “Bursaspor” ilk turda səfərdə “Bodrumspor”la qarşılaşıb

Oyun bursalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollara Keleçi İheanaço və Linkoln Enrike imza atıb.

Yığmamızın üzvü T. Bayramov 46-cı dəqiqədə meydana daxil olub. Beləliklə, o, rəsmi oyunlarda yeni komandasında debüt edib.

“Bursaspor” növbəti oyununda - avqustun 15-də “Iğdır” ilə qarşılaşacaq.

İdman.Biz