“Yuventus” əsas qapıçısını dəyişir: Üç namizəd müəyyənləşdi

9 Avqust 2026 14:37
161
“Yuventus” əsas qapıçısını dəyişir: Üç namizəd müəyyənləşdi

İtaliyanın “Yuventus” futbol komandası qapıçı mövqeyində dəyişiklik etməyi planlaşdırır.

İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisinin əsas namizədləri Qulyelmo Vikario, Dzion Suzuki və Anatoli Trubindir.

Klub rəhbərliyinin Mişel Di Qreqorionun son çıxışlarından narazı olduğu bildirilir. Xüsusilə “İnter”lə yoxlama görüşündə buraxılan qollarda onun hərəkətləri yenidən müzakirələrə səbəb olub.

“Tottenhem”in qapıçısı Vikario və “Parma”nın üzvü Suzuki hazırda siyahının ön sıralarında yer alırlar. “Benfika”nın ukraynalı qapıçısı Trubinin namizədliyi də ciddi şəkildə nəzərdən keçirilir.

“Yuventus”un mümkün variantlardan biri kimi qapıçını icarə əsasında heyətinə qatmağa çalışdığı bildirilir.

İdman.Biz