İngiltərənin “Hall Siti” klubu “Çelsi”nin qazaxıstanlı hücumçusu Dastan Satpayevin icarəyə götürülməsi ilə maraqlanır.
İdman.Biz Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, hazırda 18 yaşı bu ay tamam olacaq Satpayev Xabi Alonsonun rəhbərlik etdiyi komanda ilə mövsümöncəsi hazırlıq keçir.
Bununla belə, gənc futbolçunun icarəyə göndərilməsi variantı kifayət qədər real hesab olunur.
“Hall Siti Dastan Satpayevin “Çelsi”dən icarəyə götürülməsi üçün cəhd edib. London klubu gənc futbolçunu bu mövsüm icarəyə vermək niyyətindədir.
İlkin olaraq onun “Strasbur”a göndərilməsi planlaşdırılırdı”, - deyə mənbə yazıb.
Satpayev avqustun 12-də 18 yaşını tamamladıqdan sonra rəsmi olaraq "Çelsi"nin futbolçusu olacaq. London klubu qazaxıstanlı hücumçunun transferi üçün 2,4 milyon avro ödəyib.
