“Murov Kəlbəcər” “Neftçi”nin 17 yaşlı hücumçusunu transfer etdi

30 İyul 2026 17:10
103
“Murov Kəlbəcər” “Neftçi”nin 17 yaşlı hücumçusunu transfer etdi

AFFA Region Liqasında çıxış edən “Murov Kəlbəcər” futbol klubu heyətinə yeni futbolçu cəlb edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Murov Kəlbəcər” Futbol Klubu məlumat yayıb.

Komanda “Neftçi” İdman Klubunun 17 yaşlı hücumçusu Elməddin Paşayevi heyətinə qatıb.

Gənc futbolçu ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

İdman.Biz