Norveç millisinin müdafiəçisi kralın qəbuluna başmaqla getdi - FOTO

14 İyul 2026 12:22
72
Norveç millisinin müdafiəçisi kralın qəbuluna başmaqla getdi - FOTO

Almaniyanın “Borussiya Dortmund” futbol komandasının və Norveç millisinin müdafiəçisi Yulian Ryerson ölkə kralı V Haraldın qəbuluna başmaqla gedib.

İdman.Biz xəbər verir ki, 89 yaşlı monarx Norveç yığmasının üzvlərini öz sarayında qəbul edib.

Komandanın bütün futbolçuları görüşə ağ idman ayaqqabısında gəlsələr də, Ryerson daha sadə seçim edərək başmağa üstünlük verib.

Qeyd edək ki, V Harald 12-ci əsrin əvvəllərindən sonra Norveç taxtına çıxan Harald adlı ilk kraldır.

İdman.Biz