La Liqa yeni mövsümdən İdman TV-də yayımlanacaq

2 İyul 2026 17:29
82
La Liqa yeni mövsümdən İdman TV-də yayımlanacaq

Futbol üzrə İspaniya La Liqasının 2026/2027 mövsümü Azərbaycanda hansı TV-də yayımlanacağı məlum olub.

İdman.Biz xəbər verir ki, dünyanın ən maraqlı futbol çempionatlarından sayılan və bir çox ulduz futbolçunun çıxış etdiyi La Liqanın yeni mövsümdəki bütün oyunları Azərbaycanda eksklüziv olaraq İdman TV-də nümayiş olunacaq.

Hələlik yayım cədvəli, oyunların vaxtı və əlavə detallar barədə məlumat verilməyib.

İdman.Biz
Məqalədə: