Azərbaycanın “Qarabağ” futbol komandasının sabiq hücumçusu Caba Dvali 41 yaşında vəfat edib.
İdman.Biz “CrystalSport”a istinadən xəbər verir ki, keçmiş futbolçu ürəktutmasından dünyasını dəyişib.
Caba Dvali karyerası ərzində Gürcüstanın “Dinamo” (Tbilisi) və “Zestafoni” futbol klublarının da formasını geyinib. O, 2014-cü ildə Ağdam təmsilçisi “Qarabağ”da çıxış edib.
Hücumçu Azərbaycan klubunun heyətində cəmi beş oyunda meydana çıxıb. Dvali Gürcüstan milli komandasının formasını isə bir dəfə geyinib.
