“Çelsi” Enso Fernandes üçün qiyməti açıqladı

28 May 2026 14:13
122
“Çelsi” Enso Fernandes üçün qiyməti açıqladı

Enso Fernandes hələ də “Çelsi”nin növbəti mövsüm üçün planlarına daxildir. Lakin argentinalı futbolçu komandadan ayrılmaq istəyində israrlı olarsa, London təmsilçisi yalnız öz qiymətləndirməsinə uyğun təklifləri nəzərdən keçirəcək.

İdman.Biz xəbər verir ki, klub yarımmüdafiəçi üçün 120 milyon funt-sterlinq tələb edir.

Məlumatda qeyd olunur ki, Fernandes “Çelsi”dən ayrılmaq istəyir və Madrid “Real”ından təklif gələcəyi halda buna müsbət yanaşacaq.

Enso Mareskanın təyinatına baxmayaraq, “Mançester Siti” tərəfindən isə hələlik hər hansı ciddi maraq müşahidə olunmur.

İdman.Biz
Məqalədə: