Rumıniya ikinci divizionunda keçirilən “Bihor Oradea” və “Voluntari” futbol komandaları arasındakı qarşılaşma qarışıqlığa səhnə olub.
İdman.Biz xəbər verir ki, oyunun sonuna yaxın “Bihor Oradea”nın oyunçusu Razvan Qunienin rəqibi Aleksandru Gitə qarşı etdiyi müdaxilə ağır zədə ilə nəticələnib.
Lakin zərərçəkənin çətinlikləri bununla bitməyib. Güclü yağış səbəbindən su ilə dolmuş meydançaya daxil olan təcili yardım maşını qazonda batıb qalıb. Nəqliyyat vasitəsi hələ futbolçuya yaxınlaşarkən çətinlik çəkdiyi üçün oyunçular onu girişdən cərimə meydançasına qədər itələməli olublar.

Zədəli futbolçu maşına yerləşdirildikdən sonra da vəziyyət dəyişməyib. Hər iki komandanın oyunçuları və texniki heyəti birləşərək işə düşən sirenanın sədaları altında təcili yardımı meydandan kənara çıxarmaq üçün itələyiblər.

