Futbol üzrə Braziliya D Seriyası matçında Julio Rusk adlı futbolçu meydanda huşunu itirib.
İdman.Biz xəbər verir ki, futbolçu ağır beyin sarsıntısı aldıqdan sonra ona təcili tibbi yardım göstərilib.
Bu zaman oyunun hakimi Julius Sezar diz çökərək onun üçün dua etməyə başlayıb.

Zədələnən oyunçu təcili yardım maşını ilə xəstəxanaya aparılıb və qarşılaşma 30 dəqiqəlik fasilədən sonra bərpa olunub.
Oyundan sonra futbolçunun huşunun yerində olduğu və həyatına təhlükə olmadığı açıqlanıb.
