Rəcəb Tayyib Ərdoğan: “Mütləq bu oyunu boşa çıxaracağıq”

2 Yanvar 2024 17:22
586
Rəcəb Tayyib Ərdoğan: “Mütləq bu oyunu boşa çıxaracağıq”

"Burada Türkiyənin maraqlarına qarşı çox açıq-aşkar bir təxribat cəhdi var".

İdman.biz xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı Səudiyyə Ərəbistanında oynanmalı olan, lakin tribunalarda Atatürkün şəkillərinin, "Yurtta Sülh, Cihanda Sülh", "Nə mutlu Türküm diyene" şüarlarının paylaşılması və səsləndirilməsinə qadağa qoyulması səbəbindən baş tutmayan Türkiyə Superkubokunun "Qalatasaray" – "Fənərbağça" matçından danışıb. Ərdoğan bildirib ki, qara qüvvələr bu olanlardan istifadə etməyə çalışırlar: "İslamofobiya və ksenofobiyaya bərabər bir tendensiya ilə qarşı-qarşıyayıq. Müxalifət də gündəmə gəlmək üçün bu iyrənc və təhlükəli nifrət siyasətində həvəslə əlavə rol oynayır. Çətin vaxtlarımızda yanımızda olan qardaş ölkələrin hədəf alınması təsadüfi deyil. Biz mütləq bu oyunu boşa çıxaracağıq. Türkiyə mərkəzi, lakin qlobal perspektivli xarici siyasəti formalaşdırıb və bundan geri dönüş olmayacaq".

İdman.biz