İngiltərənin “Aston Villa” futbol komandasının hücumameyilli yarımmüdafiəçisi Morqan Rogers transfer bazarının əsas hədəfinə çevrilib.
İdman.Biz “The Sun” nəşrinə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Çelsi”, “Arsenal” və “Liverpul” yaxından maraqlanır.
Rogers özü isə böyük titullar uğrunda mübarizə aparan kluba keçmək niyyətindədir.
“Aston Villa” rəhbərliyi bu yayı oyunçu ilə yolları ayırmaq üçün uyğun vaxt hesab edir. Lakin futbolçunun 2031-ci ilə qədər müqaviləsi olduğunu nəzərə alsaq, potensial transferin dəyərinin 80 milyon funt-sterlinqdən (179.2 milyon AZN) çox olacağı gözlənilir.
