Marion Qavat: “Biz Azərbaycana etimad göstəririk”

3 Aprel 2026 11:45
174
Marion Qavat: “Biz Azərbaycana etimad göstəririk”

“FIFA prezidenti Canni İnfantionun salamlarını sizə çatdırıram”.

İdman.Biz xəbər verir ki, bu sözləri FIFA-nın regional meneceri Marion Qavat AFFA-nın Hesabat Konfransda çıxışı zamanı deyib.

O, Azərbaycanın “FIFA Series-2026” turnirinə uğurlu ev sahibliyi etdiyini bildirib: “Biz Azərbaycana böyük etimad göstəririk. Yığma komanda turnirdə uğurlu oyunlar nümayiş etdirdi. Düşünürəm ki, ölkəniz 2027-ci ildə ev sahibliyi edəcəyi U-20 dünya çempionatında da yaxşı mübarizə aparacaq”.

Qonaq “Qarabağ”ı Avropada qazandığı uğurlara görə təbrik edib.

İdman.Biz