Ulduz futbolçuya gözlənilməz ittiham: 10 il həbs cəzası istənilir - FOTO

2 Aprel 2026 15:00
172
Ulduz futbolçuya gözlənilməz ittiham: 10 il həbs cəzası istənilir - FOTO

İspaniya La Liqasında çıxış edən "Elçe" futbol klubunun hücumçusu Rafa Mirin adı böyük qalmaqala qarışıb.

İdman.Biz xəbər verir ki, İspaniya prokurorluğu ulduz futbolçu üçün ağırlaşdırılmış cinsi təcavüz ittihamı ilə 10 il 6 ay həbs cəzası tələb edib.

Ötən ay baş tutan məhkəmə prosesində futbolçuya qarşı irəli sürülən iddialar ölkə gündəmini sarsıdıb. Hadisənin təfərrüatına görə, Mir gecə klubunda tanış olduğu iki qadınla münasibətdə günahlandırılır.

Futbolçu isə bütün ittihamları rədd edərək günahsız olduğunu müdafiə edib. Onun sözlərinə görə, baş verənlər qarşılıqlı razılıq əsasında olub. Mir gecə klubunda tanış olduğu qadınlardan biri ilə orada, digəri ilə isə evində yaxınlıq etdiyini, lakin heç bir zorakılığın baş vermədiyini bildirib.

Hazırda məhkəmə prosesi davam edir və futbol dünyası bu qalmaqallı işin yekun qərarını gözləyir.

İdman.Biz